Kommunikasiya

“Media Reyestri şəhadətnaməsinin forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
01 Oktyabr, 2022

“Media Reyestri şəhadətnaməsinin forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

AZƏRBAYCAN  RESPUBLİKASININ NAZİRLƏR  KABİNETİ 
Q Ə R A R 

 

“Media Reyestri şəhadətnaməsinin forması”nın təsdiq edilməsi haqqında 

 

     Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli 1589 nömrəli Fərmanının 1.2.5-ci yarımbən-dinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

     “Media Reyestri şəhadətnaməsinin forması” təsdiq edilsin (əlavə olunur).  

 

Əli Əsədov  

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri,  30  sentyabr  2022-ci il

№  375 

Məlumatı paylaş

Yeniliklərdən xəbərdar ol