Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı

“Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı” dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən layihələrin elektron qaydada həyata keçirilməsini təmin etmək üçün yaradılmışdır.

Elektron informasiya bankı media subyektləri və nümayəndələri ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi arasında müsabiqələrə dair elektron informasiya mübadiləsini təmin etməklə sürətli və operativ fəaliyyətin həyata keçirilməsinə zəmin hazırlayır, bu sahədə elektron informasiya mühitini formalaşdırır. Müsabiqələrin təşkili, müraciət üçün tələb edilən sənədlərin qəbulu, müraciətlərə baxılması və nəticələrin elan edilməsi prosesində səmərəliliyin artırılması, Agentlik tərəfindən həyata keçirilən layihələrin yerinə yetirilməsi və həmin layihələr üzrə hesabatların təqdim edilməsi prosesinin sadələşdirilməsi, informasiya mübadiləsinin tamlığının və etibarlılığının təmin edilməsi Elektron informasiya bankının əsas məqsədlərindəndir.

Elektron informasiya bankı regionlarda fəaliyyət göstərən kütləvi informasiya vasitələri və jurnalistlərin də layihələrə müraciətini asanlaşdırılması, bu prosesin daha əlçatan və çevik formada həyata keçirilməsinə şərait yaradır.

Elektron informasiya bankına mib.media.gov.az linkindən və ya media.gov.az saytından (“Müsabiqələr” bölməsinə keçid edərək) istifadə etməklə daxil ola bilərsiniz.